Cari ilin 10 ayı ərzində İstanbulda 60 mindən çox qeyri-qanuni mühacir aşkar edilib və onların deportasiya prosedurlarına başlanılıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, 10 ayda immiqrant alverçilərinə qarşı keçirilən əməliyyatlar nəticəsində 739 nəfər saxlanılıb ki, onlardan da 259 nəfər həbs edilib, 123 nəfər məhkəmə nəzarətinə götürülüb.
Bundan başqa 127 nəqliyyat vasitəsi müsadirə edilib.
Mehman Mehdiyev