AZ

​Cənubi Koreyada nazirlik saytları kiberhücuma məruz qaldı

Cənubi Koreyada nazirlik saytlarının kiberhücuma məruz qaldığı bildirib. Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi saytı kiberhücumdan sonra işləməyib. Cənubi Koreya İnformasiya Resursları Xidmətinin məlumatına görə, bir sıra nazirliklərin internet saytlarına kiber hücumlar edilib. Hücumlar səngisə də davam edir. Açıqlamada internet saytlarına kiberhücumların adi hal olmadığı bildirilib və hücum edənlərin İP ünvanlarının bloklandığı qeyd edilib. Baş Qərargahın internet saytında əlaqə problemi yaşandıqdan sonra Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başlayıb.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreyadan mümkün kiberhücumlarla bağlı xəbərdarlıq edilmişdi.

Seçilən
17
metbuat.az

1Mənbələr