AZ

Tçuameni 1 ay yaşıl meydanlardan kənarda qalacaq

"Real Madrid"in Çempionlar Liqasında "Milan"la matçda zədələnən yarımmüdafiəçisi Aurelien Tçuameni son durumu bəlli olub.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 24 yaşlı futbolçunun sol topuğunda əzələ gərginliyi aşkarlanıb.

Fransalı yarımmüdafiəçi növbəti ay yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, Tçuameni Fransa millisinin noyabrdakı oyunlarını mütləq buraxacaq.

Xatırladaq ki, bu mövsüm Aurelien Tchouameni İspaniya çempionatında on oyun keçirsə də, heç bir təsirli hərəkət göstərməyib.

Seçilən
59
90deqiqe.az

1Mənbələr