ABŞ Ədliyyə Departamenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ona qarşı iki federal cinayət işinin necə dayandırılacağını müzakirə edir, çünki mövcud departamentin qaydaları vəzifədə olan prezidentin mühakimə olunmasını qadağan edir.
Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC Nyus" məlumat yayıb.
Qeyd edək ki, Tramp ABŞ-da ikisi federal səviyyədə, daha ikisi Nyu York və Corciya ştatlarında açılmış dörd cinayət işində ittiham olunur.