AZ

ÇL: "Aston Villa" səfərdə "Brügge"yə uduzub

Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunun oyunu keçirilir.

90deqiqe.Az xəbər verir ki, "Brügge" doğma meydanda "Aston Villa"nı qəbul edib.

Görüş Belçika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vurulan yeganə qolun müəllifi 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən yarımmüdafiəçi Hans Vanaken olub.

Dörd oyunun nəticəsinə əsasən, 6 xalla "Brügge" ümumi mərhələ cədvəlində 20-ci yerdədir. "Aston Villa" dörd oyundan sonra 9 xalı var və 5-ci yerdədir.

Brügge - Aston Villa 1:0

Qol: Vanaken, 52, pen. – 1:0.

Seçilən
46
90deqiqe.az

1Mənbələr