Qoç - günün ilk yarısı pis deyil. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz. Problemlərin çözülməsinə başlayın. Aktiv və enerjili olun. Yaxın ətrafınızdakı insanları yeni layihəyə cəlb edin.
Buğa - günün ilk yarısında əhvalınız pis olmayacaq. Yeni tanış maraqlı həmsöhbət olacaq. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin. Dinləməyi bacarın. Çoxsaylı faydalı məlumatlar alacaqsınız. Yeni işə başlamaq olar.
Əkizlər - müxtəlif miqyaslı və profilli məsələlərin həlli üçün əlverişli zamandır. Planlaşdırma, danışıqlar, müzakirələr və eksperimentlər üçün aktiv olun, süstlüyə qapılmayın. Başladığınız hər işdə gərəkli nəticəyə can atın. Sonuclar pis olmayacaq.
Xərçəng - kiçik narahatlıq və gərginlik olacaq. Gün pis deyil. İstirahət və əyləncə zamanı deyil. Başa çatdırılmasını tələb edən işlər var. Önəmli məsələni həll etməyə imkan verən telefon zəngini unutmayın. Həddən artıq gərgin çalışmayın.
Şir - günün ilk yarısı sürprizlər və xoş hadisələrlə zəngin olacaq. İşlərin tempini azaltmayın. Niyyətlərinizlə arzularınızı həyata keçirin. Sevincinizi dəyər verdiyiniz insanlarla bölüşün.
Qız - məişət məsələləri ilə məşğul olun. Ailədəki problem həllini tələb edir. Ağır işlərdən yayınmayın. Bu proseslər sizi yormayacaq. Yardıma ehtiyac duyan insana kömək etməyi unutmayın.
Tərəzi - emosional baxımdan asan gün deyil. Gərginlik hiss edəcəksiniz. Kiçik problemlər təcili, təxirəsalınmaz həll tələb edir. Çətinliklərin çözülməsinə nə qədər tez başlasanız, işləri bir o qədər tez başa vurarsınız. Bütün işləri eyni vaxtda görmək mümkün deyil.
Əqrəb - ağır, çətin zamandır. Əhvalınızı korlamamaq, yaxınlarınızın könlünə dəyməmək üçün səbrli və təmkinli olun. Səhər saatlarından etibarən kobud və sərt danışmayın. Sizi dəstəkləmək istəyən insanların yardımlarını rədd etməyin. Mümkün qalmaqal və mübahisələrdən yayınmaq üçün soyuqqanlı olun.
Oxatan - birmənalı gün deyil. Pozitiv təmayüllər olsa da, sərt tənqidlər eşidəcəksiniz. Ünsiyyətdən yayınmayın. Yaxınlarıınızın, ailə üzvlərinizin ünvanına sərt sözlər deməyin.
Oğlaq - günün ilk yarısında işlərinizdə nizam yaradın. Əlverişli situasiyadan bəhrələnməyə çalışın. Mühüm layihəyə başlamaq, yeni tanışlığa başlamaq olar. Yaşamınızda peyda olan yeniliyi dəyərləndirin.
Dolça - intensiv və aktiv çalışın. Əyləncə, istirahətlə bağlı fikirləri müvəqqəti ertələyin. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanı çatıb. Tələsik qərar verərək səhv etməyin.
Balıqlar - yeni tərəfdaş və ya müttəfiq aramaq üçün yaxşı zamandır. Möhkəm və uzunmüddətli əlaqələrinizin yaranacağı insanla qarşılaşmağınız istisna deyil. Ünsiyyətdə həssas, diqqətli olun. Xırdalıqlara fikir verin.
Milli.Az