Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marsel Sabitzer "Şturm" üzərində qələbəni (1:0) şərh edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu UEFA-nın mətbuat xidmətinə danışıb.
“Biz gözəl futbol nümayiş etdirdik və layiqincə qalib gəldik. Təbii ki, bəzi məqamlarda rotasiyamız minimal olduğundan gücümüz çatmır, amma yaxşı gedirik. Bəli, bu, mənim üçün xüsusi oyundur, çünki mən Qratsdanam, amma əsas üç xaldır, tapşırıq tamamlanıb, bu, oyun planının işlədiyi deməkdir”
Qeyd edək ki, Bundesliqada Dortmund klubu cəmi beşinci yerdədir, doqquz turdan sonra lider "Bavariya" ilə fərq yeddi xaldır.