Ukraynada ərazi çağırış mərkəzlərinin əməkdaşlarına mənzillərə daxil olaraq hərbi yaşda olan kişiləri zorla orduya aparmağa icazə verilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk özünün Teleqram kanalında məlumat yayıb.
“Bu gün onlar şəxsi mülkiyyətə - mənzillərə, evlərə, müəssisələrə, fərqi yoxdur, hər yerə girməyə icazə verdilər. Hara bacarırlarsa, qapıları sındırıb daxil olacaqlar" - deputat paylaşımında deyib.
Dmitruk Ukrayna hakimiyyətinin hərbi komissarlıq işçilərinə tam fəaliyyət azadlığı verdiyinə və qırmızı xətlərin olmadığına vurğulayıb.
Müəllif: Arzu