AZ

Rimas Kurtinaytis məğlubiyyətin əsas səbəbini açıqlayıb

"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir".

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsində “Marussi” ilə oyunu şərh edib: “Üstəlik oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu əsas problemdir. Səhvlərimiz də oldu. FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.

Qeyd edək ki, Azərbaycan çempionu 5-ci turda Yunanıstanda 71:82 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
34
1
idman.biz

3Mənbələr