Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın hücumçusu Kilian Mbappeni qarşıdakı oyunlara çağırmaya bilər.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, 25 yaşlı futbolçu karyerasının ən yaxşı dövrünü keçirmir.
Forvard Fransa millisinin son təlim-məşq toplanışını buraxıb - bu dəfə də eyni şey ola bilər. Mbappenin üçrəngli heyətdə yer alıb-almayacağı hələ də qeyri-müəyyən olaraq qalır ki, bu da yaxın vaxtlarda açıqlanacaq. Oyunçu yekun qərar qəbul edilməzdən əvvəl Deşamla vəziyyəti müzakirə edəcək.
Oktyabrın əvvəlindən o, "Real"ın heyətində altı oyun keçirərək cəmi bir dəfə qol vurub.
Noyabrın 14-də Fransa yığması Millətlər Liqasında İsrail komandası ilə, üç gün sonra isə İtaliya ilə qarşılaşacaq.