AZ

Harris ABŞ prezident seçkilərində məğlub olduğunu etiraf edib

Hakim Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris ictimaiyyət qarşısında çıxışı zamanı ölkədə keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib.

APA xəbər verir ki, Harris Vaşinqtondakı Hovard Universitetində çıxış edib.

Qeyd edək ki, Harris 2021-ci ilin yanvarından ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışır.

Onun hazırkı çıxışı üçün Hovard Universitetini seçməsi təsadüfi deyil. Harris bu ali təhsil müəssisəsini bitirib və seçki günü onun təşviqat heyəti orada işləyirdi.

Oradan Harris çərşənbə axşamı gecə tərəfdarları qarşısında qələbə nitqi söyləməyi planlaşdırdı.

Seçilən
71
5
apa.az

6Mənbələr