AZ

Kerem və Orkun "Bavariya"ya qarşı oynadılar

style='margin-bottom:10px;'>

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxıblar.

QOL.az xəbər verir ki, Portuqaliya təmsilçisi Almaniya nəhəngi "Bavariya"nın qonağı olub. 

Görüş Münhen klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Camal Musiala vurub.

Kerem və Orkun meydana start heyətdə çıxıblar. Aktürkoğlu 56-cı, Kökçü isə 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Bavariya" 6 xalla 17-ci, eyni xalı olan "Benfika" isə 19-cudur. 

Seçilən
47
teleqraf.com

1Mənbələr