AZ

“Dözə bilmədim, kəskin etirazımı bildirdim, amma söymədim”

"Oyun zamanı dözə bilmədim, kəskin etirazımı bildirdim".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov deyib.

O, Əvəzedicilər Liqasının XII turunda "Səbail-2" ilə matçda qırmızı vərəqə almasının səbəbini izah edib:

"Bir neçə müddətdir ki, "Kəpəz"in oyunlarına mingəçevirli hakimlər briqadası təyinat alır. Bizim matçlarda hakimlər tez-tez səhvlərə yol verirlər.

Səbəbini anlaya bilmirəm ki, bu nədən qaynaqlanır. "Kəpəz"in aşağı yaş qruplarından ibarət komandalarının oyunlarına da təyinat alanda eyni davranışlar təkrarlanır.

Baxırsan ki, klublarımıza qarşı ədalətsiz qərarlar qəbul edirlər. Oyun zamanı dözə bilmədim, kəskin etirazımı bildirdim.

Lakin orada təhqir olmayıb. Bildirmək istəyirdim ki, bu qədər səhv etmək olmaz axı. Qırmızı vərəqə almağımın səbəbi budur".

AFFA İntizam Komitəsi Xaliq Mərdanovun qarşılaşma zamanı hakimləri təhqir etməsini əsas gətirərək, onu 5 oyunluq cəzalandırıb. Klub isə 400 manat cərimələnib.

Seçilən
38
2
sportinfo.az

3Mənbələr