"Hər şeyi pulnan, malnan ölçmək lazım deyil. Dünyanın malı dünyada qalır".
Titul.az xəbər verir ki, bunu meyxanaçı ATV-nin efirində meyxanaçı İntiqam deyib.
O, sözlərinə bu fikirlərlə davam edib:
"Hamı istəyir ki, bahalı geyinsin, bahalı evdə yaşasın. Ev var ki, yerdə "ninolin", divar qara suvax, amma o evdə elə xoşbəxçilik, elə səliqə var ki, adamın ürəyi açılır. Elə bilirən, ən xoşbəxt evdir bu ev. Ev də var ki, villada qalırlar, amma hərə bir küncdə öz işində, hərə bir aləmdə.
Ona görə də deyirəm, dünya malı ilə xoşbəxtlik olmur".
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!