Ermənistanın Qafan şəhərinə səfər edən iranlı mütəxəssislər Zəngəzur mis-molibden kombinatında(ZMMK) və Şimal-Cənub magistralının tikinti sahələrində olublar.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yazdığına görə, bu barədə baş nazir aparatının ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin direktoru Qor Tsarukyan "Facebook" səhifəsində məlumat yayıb.
"Biz iranlı qonaqları Kapan hava limanında qarşıladıq və onları Zəngəzur mis-molibden kombinatına, eləcə də İran şirkətlərinin fəal şəkildə tikinti işləri apardığı Şimal-Cənub magistralının tikinti sahələrinə qədər müşayiət etdik.
İranlı ekspertlər və media nümayəndələri ZMMK-nın bütün sənaye dövryyəsi ilə tanış olub, şirkətin istehsal sahələrini - açıq karxananı gəzib, iri filiz qırma sahəsində iş prosesləri ilə tanış olublar. Qonaqlar mədən istismarının yüksək texniki və təhlükəsizlik standartlarının şahidi olublar.
Daha sonra Şimal-Cənub yolunun Aqarək-Kacaran hissəsində İran podratçısı tərəfindən tikilən yol hissəsinə baş çəkdik. Qonaqlar iranlı inşaatçılarla tanış olub, onlarla ünsiyyətdə olub, dövlətlərarası yolun genişmiqyaslı tikinti işlərinin şahidi olublar", - erməni məmur belə yazıb.
S.Laçın