Kanada "təhlükəsizlik risklərini" əsas gətirərək, "TikTok"un ölkədə kommersiya fəaliyyətini qadağan edib.
Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua Filipp Şampan bildirib.
Nazir həmçinin "TikTok"un Toronto və Vankuverdəki ofislərinin də fəaliyyətini dayandıracaqlarını vurğulayıb.
Bununla yanaşı, Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun yaratmağa davam edə biləcəyini vurğulayan Şampan, "Vətəndaşların kibertəhlükəsizlik məsələlərinə diqqət yetirməsi və sosial media tətbiqlərindən istifadənin potensial risklərini dəyərləndirməsi vacibdir," ifadəsini işlədib.
Qeyd edək ki ,Kanada Təhlükəsizlik Kəşfiyyat Xidmətinin (CSIS) rəhbəri Devid Vinyö, may ayında Çin hökuməti üçün məlumat kanalı olduğu iddiası ilə sosial media platforması "TikTok"dan istifadənin dayandırılması çağırışını etmişdi.
Rəhim