Fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə...
Dünya iqlimə daha çox ziyan verənlərdən cavab gözləyir
XX yüzillik insanlıq tarixinin bəlkə də ən sürətli inkişaf dövrü sayılır - bəşəriyyət cəmisi 100 il ərzində olduqca böyük texnoloji və sənaye yolu qət etdi. Amma əldə edilənlərlə, qazanılanlarla, mühüm tapıntılarla yanaşı, dünya ən böyükmiqyaslı problemlərdən biri ilə - ekoloji problemlə üz-üzə qalmaq məcburiyyətini də yaşadı. Müasir dövrümüzün ən mühüm problemlərindən sayılan iqlim dəyişikliyi son 100 ildə, bütövlükdə, Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Vurğulandığı kimi qlobal neft bumu, sənaye inkişafı, enerji istehsalı və istehlakı, saysız-hesabsız müəssisələrinin təbiətə “qaytardığı” zəhərli qazlar və maddələr ekosistemin tarazlığını pozdu - bu problem həm də insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Beləliklə, iqlim dəyişikliyi problemi tarixən müəyyən aktuallıq kəsb etsə də, XX əsrdə daha real mənfi tendensiyaları özündə əks etdirməyə başladı. Bu baxımdan, qlobal iqlim dəyişikliyi probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi müasir dövrümüzün ən mühüm çağırışlardan birinə çevrilib.
Ali məqsəd...
Qlobal problemlərə qarşı mübarizənin ən fəal iştirakçılarından biri kimi Azərbaycan daim mühüm təşəbbüsləri ilə seçilib. Təcrübə göstərir ki, ölkəmizin iştirakı və ya təşkilatçılığı ilə baş tutan demək olar ki, bütün məsələlər müsbət həll üçün olduqca əsaslı zəmin yaradır. Bu mənada, bir neçə gündən sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir həlqəyə çevriləcəyinə ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır. Bu da təsadüfi deyil - son illərdə qlobal yaşıl prosesə özünün töhfələrini verən Azərbaycan iqlim dəyişikliyinin qarşısının alınması uğrunda bütün gücünü səfərbər edib. COP29 kimi nüfuzlu və beynədlxalq statusa malik tədbirin Bakıda reallaşması da məhz bu amildən qaynaqlanır. Bu tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransıdır. Adıçəkilən konvesiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
COP-un qlobal əhəmiyyəti...
COP-un (Conference of the Parties) tarixinə qısa ekskurs etsək, 1990-cı illərin ortalarından etibarən bu konfranslarda həm də Kioto Protokolu çərçivəsində danışıqların həyata keçiridiyini görə bilərik. Bu protokol isə inkişaf etmiş ölkələr üçün ziyanlı qazların emissiyalarını azaltmaq üçün hüquqi öhdəlikləri müəyyən edir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası 1995-ci ildə Berlində keçirilib. COP müstəvisi iqlim dəyişikliyi probleminin mərkəzləşdirilmiş şəkildə müzakirəsi üçün yeganə beynəlxalq platformadır. İllik sessiya rotasiya əsasında BMT-nin regional qrupunu təmsil edən ölkələrdən birində keçirilir. Adıçəkilən Kiota Protokolu üzrə isə COP3-də 37 ölkə istixana qazı emissiyalarını azaltmağı öhdəliyini üzərinə götürüb. İldən ilə baş tutan tədbirlər çərçivəsində bu protokola qoşulan ölkələrin sayı durmadan artmaqdadır.
Aİ məsuliyyətdən qaçır...
Kioto Prtokolunu, COP-un zərurətini xatırlatmaqda məqsədimiz bəzi “siyasi dairələrin” rəhbərlərinin cılız və xırda maraqlara qapılaraq belə böyük bir missiyanı gözdən salmağa çalışma cəhdididr. Bəlli olduğu kimi, COP29 tədbirinə bir çox dövlətlərin başçıları, dövlət rəhbərləri, hökumət başçıları, ictimai-siyasi nümayəndələr, siyasət adamları, iqtisadçılar və ekoloqlar - bir sözlə, fərqli statuslu on minlərlə insan qatılacaq. Beləliklə, bir neçə gün “dünyanın qəlbi” Bakıda döyünəcək.
Amma bəzi “statuslu şəxs”lərin COP29-u fürsət bilərək özünün antimilli mahiyyətini, çirkin və siyasi etikadan kənar yanaşmalarını ortaya qoyması qəbuledilən ola bilməz. Məsələn, Avropa Komissiyasınln sədri Ursula Fon der Lyayenə COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Amma nəzərə alsaq ki, iqlim dəyişikliyü problemi birbaşa Avropa İttifaqı və onun üzv dövlətlərinin marağında olan məsələdir, burada “çuvaldakı cida” görünəcək - Fon der Lyayenin bu tədbirdə iştirak etməməsi sırf ermənipərəst mahiyyəti ilə bağlıdır. Çünki dünya ölkələri iqlimə daha çox ziyan verən, onu çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir. Beləliklə, Fon der Lyayenin timsalında Aİ faktiki olaraq məsuliyyətdən qaçır.
Korrupsiya ittihamı - Qərbdən qərbə...
Maraqlıdır ki, vaxtilə Qərb mətbuatında “Merkelin davamçısı” elan edilmiş fon der Lyayen qısa zaman keçməmiş “saxta dublikat” ləqəbi aldı. Müəyyən mənada hər iki siyasətçini birləşdirən məqamlar vardı - hər ikisinin ilk ali vəziyəsi Almaniyada ailə məsələləri ilə bağlı nazirliyə rəhbərlik etmək olub. Merkelin Xristian Demokratik İttifaqındakı 8 illik sədrliyi dövrünün müəyyən dönəmində Fon der Lyayen bu ittifaqda müavin statusu tutub. Beləliklə, alman siyasətinin növbəti “parlaq nümayəndəsi” ümidi ilə 2019-c ildə Avropa Komissiyasının rəhbərliyinə gətirilib. Amma nəticə ortadadır:
- Fon der Lyayen Avropa İttifaqının maraqlarından deyil, lokal maliyyə mənafeyindən çıxış etməyə başladı;
- Onun sədrliyi dönəmində Avropa Komissiyasının beynəlxalq hüquqa zidd hərəkətləri çoxaldı;
- Konkret olaraq fon der Layen 35 milyardlıq korrupsiyada ittiham edildi.
Bütün bunlar onu göstərir ki, Fon der Layen heç də təmsil etdiyi qitənin maraqları üçün çalışmır - belə olsaydı, qlobal pandemiya vaxtı 1,8 milyardlıq doza üçün 35 milyardlıq “müqavilə” imzalamazdı. Hər halda bunu 2021-ci ildə Amerika nəşri “The New York Times” yazmışdı.
Fon der L?ayendən Avropanın imicinə zərbə...
Bu dəfə Fon Der Lyayenin ən primitiv davranışını görürük - siyasətçiyə xas olmayan addımını görürük. Fon der Lyayen elə bilir ki, bu tədbirdən yayınmaqla üzərindəki məsuliyyəti ata biləcək - xeyr, əslində Fon Der Lyayen Bakıda keçirilən tədbirdə iştirak etməli və təmsil etdiyi coğrafi məkanın iqlim dəyişikliyinə vurduğu ziyanların aradan qaldırılması yollarının axtarılmasına yardımçı olmalıdır. Necə olur ki, Fon Der Lyayenin sələfi Jan-Klod Yunker və ondan da öncə bu statusu daşımış Joze Mannuel Barrozu COP tədbirlərində yaxından iştirak edib. Demək ki, Fon Der Lyayenin məqsədi başqadır. Bu kimi daıranış isə ona baş ucağılı gətirməyəcək. Bu addımı ilə o Qərbin, xüsusilə Avropanın onsuz da antidemokratik olan imicini daha da qabardacaq...
P.İSMAYILOV