AZ

"Dogecoin"in yüksəlişi davam edəcəkmi? - Proqnozlar açıqlanıb

Donald Trampın dörd illik fasilədən sonra Ağ Evə qayıdışı kriptovalyuta bazarına canlanma və sevinc gətirib.

Bu mərhələdə "Bitcoin" ("BTC") yeni bir zirvə səviyyəsinə çatdığı halda, altkoinlərdə də əhəmiyyətli yüksəlişlər müşahidə olunub. Xüsusilə "Dogecoin" ("DOGE") yüksəlişi ilə diqqət çəkərək, qiyməti 0,2 dolları keçib.

Bəs "DOGE"nin bu yüksəlişi davam edəcəkmi?

Valyuta.az xəbər verir ki, məşhur analitik Əli Martines, Trampın seçilməsi və Elon Maskın təsiri ilə "DOGE"nin çılğın bir yüksəliş yaşayacağını vurğulayıb. Tarixi məlumatlara və əvvəlki “boğa” dövrlərinə* istinad edən analitik, "DOGE"nin 0,50 Fib** dəstək səviyyəsini keçdikdə adətən böyük bir artım yaşadığını bildirib. Analitikin fikrincə, "DOGE" keçmiş “boğa” dövrlərində 0,50 Fib səviyyəsini keçdikdən sonra 1,618 və hətta 2,272 Fib səviyyələrinə qədər yüksəlib.

Bu baxımdan analitik, əgər tarix "DOGE" üçün təkrar olunarsa, qiymətin 4 dollar ilə 23 dollar arasında bir səviyyəyə çatacağını söyləyib.

Əli Martinezdən başqa, 50 illik təcrübəyə malik Piter Brandt də "Dogecoin"də yüksəliş gözləyən analitiklər arasındadır. Brandt, Maskın təsiri ilə "DOGE"də yeni zirvələr gözlədiyini qeyd edərək, “Maska güvənirik. "Dogecoin" bir kanalı tamamlayıb yarışa başlayır. "DOGE" böyük əsas qiymət yığımı və yaxın gələcəkdə yeni zirvə səviyyələri ilə kanal qırılmasını təsdiqləyir və yeni zirvələr üçün zəmin hazırlayır,” deyə bildirib.

 

* "Boğa dövrü" - "Boğa dövrü" ("bull market") maliyyə və kriptovalyuta bazarlarında qiymətlərin uzun müddət ərzində davamlı olaraq yüksəldiyi bir mərhələni ifadə edir. 
** "Fib səvyyəsi" - "Fib səviyyəsi" maliyyə analizində istifadə edilən bir anlayışdır və əsasən "Fibonacci retracement" səviyyələrini ifadə edir. Bu, maliyyə bazarlarında qiymətlərin əvvəlki hərəkətlərin müəyyən faizləri qədər geri çəkilə biləcəyini proqnozlaşdırmaq üçün istifadə olunur.


Rəhim

Seçilən
15
valyuta.az

1Mənbələr