"OpenAI", "Chat.com" domenini alaraq yüksək profilli domen kolleksiyasını genişləndirib.
Bu səhərdən etibarən "Chat.com" "OpenAI"nin süni intellekt əsaslı çatbotu "ChatGPT"ə yönləndirilib.
Valyuta.Az "TechCrunch"a istinadla xəbər verir ki, məlumatı "OpenAI"nin sözçüsü təsdiqləyib.
"Chat.com" domeni internetdə ən qədim domenlərdən biridir və 1996-cı ilin sentyabr ayında qeydiyyatdan keçib. Ötən il "HubSpot"un həmtəsisçisi və baş texnoloji direktoru Darmeş Şah "Chat.com" domenini 15,5 milyon dollara satın alaraq onu ictimaiyyətə açıqlanmış ən bahalı iki domen satışından biri edib.
Şah bu ilin mart ayında domeni adı açıqlanmayan bir alıcıya satdığını elan etmişdi. Bu gün isə "X" platformasında yazdığı paylaşımda həmin alıcının "OpenAI" olduğunu təsdiqləyib və ehtimal olunur ki, qarşılığında "OpenAI" səhmləri ilə ödəniş alıb.
Domen ötən ildən bəri başqa bir şəxsə satılmayıb. Bu isə "OpenAI"nin "Chat.com" üzərindən "ChatGPT" xidmətini təqdim etməsinin brend dəyişikliyi anlamına gəlmədiyini göstərir.
"OpenAI" "Chat.com" üçün nə qədər məbləğ ödədiyini açıqlamayıb.
Rəhim