AZ

Köçəryan komandasını topladı: Nə planlaşdırırlar?

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan noyabrın 6-da öz komandasını, xüsusən də “Ermənistan” blokunun parlament fraksiyasını toplayıb.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak”a Köçəryanın partıyasından deputat Aqnesa Xamoyan bildirib.

Bir neçə saat davam edən görüş alyansın mərkəzi ofisində baş tutub və axşam saatlarına qədər davam edib.

“Bəli, təsdiq edirəm ki, alyansın lideri, ikinci prezident Robert Köçəryanın rəhbərliyi ilə fraksiya iclası keçirilib. Biz həm daxili siyasi məsələləri, həm də mümkün geosiyasi hadisələri və onların regiona və Ermənistana təsirini müzakirə etdik. Fraksiyanın prezidentin iştirakı ilə belə görüşləri dövri xarakter daşıyır”, - deputat deyib.

Seçilən
28
3
publika.az

4Mənbələr