AZ

Günəşdə ən güclü PARTLAYIŞ

Günəşdə ən yüksək səviyyəli - X dərəcəli partlayış qeydə alınıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Bu şüaların yaratdığı radiasiya buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

Partlayış 32 dəqiqə davam edib və  noyabr ayında ikinci yüksək səviyyəli partlayışdır.

Bundan əlavə, çərşənbə günü Günəşdə altı ədəd M sinifli partlayış baş verib. Onlardan ən güclüsü (M5.9) altı dəqiqə davam edib.

"Cebheinfo.az"

 

Seçilən
15
cebheinfo.az

1Mənbələr