AZ

Rusiya açıqladı: Trampın qalib gəlməsi ilə bu iki ölkənin qara günləri başlayır

Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, amerikalı siyasi ekspert Konstantin Bloxin hesab edir ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qələbəsi ən çox Demokrat Partiyası, Çin və İrana zərbə vuraca.

Publika.az xəbər verir ki, ekspert bu barədə “Lenta.ru”ya müsahibəsində bildirib.

“Ən çox zərər çəkən partiya Demokrat Partiyasıdır. İroniya odur ki, onların namizədi nəinki uduzdu, hətta dəstəklədikləri birqütblü dünya layihəsini də itirdilər. Onlar konseptual olaraq uduzdular; seçicilər onların layihəsinin əleyhinə səs verdilər. Onlar ABŞ-ın tam ürəyində uğursuzluğa düçar oldular”, - ekspert bildirib.

“Tramp Çinin güzəştsiz şəkildə dayandırılmasının tərəfdarıdır. Çin onun əsas ekzistensial düşmənidir və Trampın fikrincə, Rusiya ilə danışıqlar aparmaq lazımdır. İkincisi, Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi İsraildir və Tramp ikitərəfli münasibətlərin bütün tarixində ən israilyönlü prezident kimi tanınır: müvafiq olaraq İsrailə dəstək güclənəcək və İrana təzyiqlər artırılacaq”, - ekspert əlavə edib.

Eyni zamanda, ekspert Trampın prezidentliyi dövründə Vaşinqtonun Kiyevə dəstəyinin köklü şəkildə azaldılması ehtimalına şübhə ilə yanaşır.

Seçilən
14
3
publika.az

3Mənbələr