AZ

Qara Qarayev 238-ci oldu

Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyununda “Zirə”yə qalib gələn “Araz-Naxçıvan”ın (1:0) heyətində yeni futbolçu meydana çıxıb.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ” və “Neftçi”nin sabiq oyunçusu Qara Qarayev bu dəfə Naxçıvan təmsilçisinin heyətində debüt edib.

Qarayev bununla cari mövsüm “Araz-Naxçıvan”ın formasını geyinən 23-cü, ümumilikdə ölkə çempionatında çıxış edən 238-ci futbolçu olub. Həmin oyunçulardan 123-ü Azərbaycan vətəndaşlarıdır. Çempionatımızda bu ana qədər 115 legioner oyun şansı əldə edib.

Cari mövsüm Premyer Liqada ən çox futbolçudan yararlanan klub “Kəpəz”dir. Autsayder 28 oyunçunun xidmətindən yararlanıb. Ən kasad heyətə malik komanda isə “Səbail”dir. Qəsəbə təmsilçisinin heyətində cəmi 20 nəfər meydana çıxıb.

Seçilən
26
futbolinfo.az

1Mənbələr