AZ

Trampdan sərhədə doğru yola çıxan miqrantlara sərt mesaj: "Sərhədləri bağlayacağıq"

ABŞ-da seçki günü axşamı Trampın qalib gəldiyini eşidən təxminən 2500 nəfərlik yeni mühacir karvanı Meksika sərhədinə doğru yola çıxması xəbəri yeni prezident Donald Trampı qəzəbləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, ölkənin cənubundakı Çiapas ştatının Tapaçula şəhərindən yürüş edən minlərlə mühacir ABŞ-ın yeni prezidenti vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istəyir. 

Miqrasiya üzrə ekspert Luis Rey Garcia deyib  ki, təxminən 2500-dən çox miqrant hazırda ABŞ sərhədinə doğru yola düşüb: "Düşünürəm ki, bu say sərhədə doğru daha da artacaq. Onların tərkibi də müxtəlifdir. Aralarında Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haitidən olanlar daha çoxdur".

İspaniyanın EFE agentliyinə açıqlama verən venesuelalı mühacir Ehison Diaz bildirib ki, Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra onun kimi sttausda olanlar ABŞ-a buraxılmayacaq: "Biz o səbəbdən Tramp vəzifəsinin icrasına başlamadan ABŞ-a girmək xəyalımız gerçəkləşdirmək istəyirk".

Minlərlə miqrantın ABŞ sərhədinə doğru irəliləməsinə isə yeni prezident Donald Trampşox sərt yanaşıb: "Bütün sərhədləri bağlayacağıq, ölkəyə girişi dayandıracağıq. Mən demirəm ki, ölkəmizə miqrant girə bilməz, ancaq onlar bunu qanuni şəkildə etməlidirlər. Əgər ölkəmiozin qaydalarına uyğundursa, onlar buraxılacaq, yoxdursa, olmauyacaq! ABŞ narkotik alverçilərinn, təcavüzçülərin məkanı ola bilməz!".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
20
mia.az

1Mənbələr