AZ

Avstraliyanın Vaşinqtondakı səfiri tənqidi statusları sildi 

Sosial şəbəkələrdə dəfələrlə Donald Tramp haqqında xoşagəlməz fikirlər səsləndirən Avstraliyanın ABŞ-dəki səfiri Kevin Rudd həmin  şərhləri silib.

KONKRET.az xəbər verir ki, səfirin sosial media hesablarında deyilir: “ABŞ prezidentinin ofisinə hörmət əlaməti olaraq və Trampın prezident seçilməsindən sonra səfir Rudd köhnə şərhləri şəxsi internet saytından və sosial media kanallarından silib”.

Qeyd olunur ki, səfir kimi işləməmişdən əvvəl Rudd ABŞ siyasətini aktiv şəkildə şərh edib. Onun açıqlamalarını heç kim Avstraliyanın Trampa qarşı rəsmi mövqeyi kimi şərh etməsin deyə Kevin Rudd bu addımı atıb. Rudd əvvəllər Trampı “Qərb xaini” və ABŞ “tarixinin ən dağıdıcı prezidenti” adlandırıb.

Tramp isə artıq Amerikada prezident seçilib və onu ABŞ-nin hazırkı prezidenti Co Bayden ,keçmiş prezident Barak Obama təbrik edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr