Rusiyadakı “Domino's” kampaniyanı bir həftədən az müddət sonra dayandırmalı olub.
Sfera.az bu maraqlı kampaniya və yarımçıq qalması ilə bağlı hadisənin təfərrüatlarını təqdim edir.
“Domino’s”un Rusiyadakı filialı Rusiyanın “Facebook”a bənzər sosial media platformasında "Ömürlük pulsuz pizza istərdinizmi?" deyərək kampaniya elan edib.
Şərt isə olduqca cəsarətli idi: “Domino's Pizza”nın loqosunu döymə etdirən insanlar düz 100 il ərzində hər il 100 pulsuz pizza qazanacaqdılar.
Beləliklə, insanlar bir döymənin pulunu ödəməklə ömür boyu pizzadan həzz ala biləcəkdilər.
Bu cəlbedici təklif gözlənildiyindən daha çox diqqət çəkib. İnsanlar pulsuz pizza qazanmaq üçün “Domino's Pizza” loqosunu bədənlərinə döymə etdirərək və sosial şəbəkələrdə paylaşaraq yarışıblar.
Lakin bu gözlənilməz maraq kampaniyanın gedişatını dəyişdi.
Kampaniya əvvəlcə oktyabr ayına qədər davam edəcəkdi, lakin iştirak gözlənildiyindən daha sürətli olanda “Domino's” təcili açıqlama verərək kampaniyanı erkən bitirdiyini bildirib.
Tatu etdirməyə hazırlaşan insanlara bu kampaniyanın müddətinin bitdiyini və döymələrinin artıq pulsuz pizzaya zəmanət verə bilməyəcəyini bildirdi.
Şirkət cəmi 350 nəfərə pulsuz pizza təklif etmək qərarına gəlib. Beləliklə, bu xüsusi fürsət daha çox insan üçün mövcud olmayıb.
Bütün həyatı boyu döymə etdirərək pizza qazanmağı xəyal edən bir çox insan qoyulan limitdən məyus olub.
Aysel
Sfera.az