AZ

Hərbi xidmətə çağırış komissiyasının üzvləri ilə bağlı MÜHÜM XƏBƏR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.

“Yeni Gundem”-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Komissiyanın üzvləri sırasından çıxarılıb.

Seçilən
19
9
yenigundem.az

10Mənbələr