Oktyabrda "Levada Mərkəzi" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, rusiyalıların dörddə üçündən çoxu (76 faiz) Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı hərbi əməliyyatları dəstəkləyir. Bu barədə "Azadlıq Radiosu" yazıb.
Sorğuda iştirak edənlərin 45 faizi bu hərəkətləri "tam,” 31 faizi isə "qismən" dəstəklədiyini bildirib.
Sosioloqlar qeyd edib ki, ən yüksək dəstək səviyyəsi 55 yaşdan yuxarı kişilər arasında qeydə alınıb (81 faiz), ən aşağı isə 24 yaşadək gənclər arasında (67 faiz) müşahidə olunur.
Rusiyalıların yalnız 40 faizi yaxın bir insanın müharibəyə getmək qərarını dəstəklədiyini deyib. Respondentlərin 42 faizi belə bir qərarı düzgün saymadığını bildirib. Digər 17 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, rusiyalıların yalnız 36 faizi döyüşlərin davam etdirilməsinin tərəfdarıdır. 55 faiz isə Ukrayna ilə sülh danışıqlarının vaxtının çatdığını düşünür.
N.Təbrizli
www.anews.az