AZ

“Zəfər yolçuları: - Həyatı ölümün ağuşundan alan həkimlər”

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Ə.Əliyev” ərazi partiya təşkilatında “Zəfər günü" ilə əlaqədar olaraq “Zəfər yolçuları: - Həyatı ölümün ağuşundan alan həkimlər” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Şahin Qurbanov, “Ə.Əliyev” ərazi partiya təşkilatının sədri, “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktorunun müavini İsrafil Məmmədov, “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin və İmişli rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb işçiləri iştirak edib. 

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində döyüşçülərlə birgə həkimlərimiz də Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdilər. Vətən müharibəsində tibb işçiləri elə ilk gündən ön və arxa cəbhədə öz şərəfli borclarını ləyaqətlə yerinə yetirdilər. Respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsindəki hərbi hospitallara ezam edildilər. Qızğın döyüşlərdə yaralanmış hərbi qulluqçularımız peşəkar həkimlər tərəfindən diqqətlə müayinə və müalicə edilirdilər. Həmçinin peşəkar, təcrübəli həkimlərimiz döyüş bölgələrində təcili təxirəsalınmaz əməliyyatların iştirakçısıdırlar.

Çıxış edən “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Şahin Qurbanov qeyd edib ki, 44 günlük Vətən müharibəsində, istərsə də dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstəriblər. 
Digər çıxış edənlər öz həyatlarını təhlükə altına qoyaraq gecə-gündüz insanların sağlamlığının keşiyində dayanan həkimlərimizin döyüş bölgəsindən yaralıları çıxarması və təcili tibbi yardım göstərməsi, həyata qaytarmasının olduqca qürurverici olduğunu vurğulayıblar. 
Sonda Vətən müharibəsində iştirak edən səhiyyə işçiləri Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Fəxri fərman”ı ilə təltif edilib, Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup işçiyə isə partiya biletləri təqdim olunub.

Seçilən
33
2
yeniazerbaycan.com

3Mənbələr