AZ

Elektron siqaretlərin ən təhlükəli növü açıqlanıb

 

Aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirlilərin ağciyərlərə ən çox zərərli təsir göstərdiyi müəyyən edilib.Missiya.Az xəbər verir ki, araşdırmada onların qoxularının ağciyərlərin təbii müdafiəsini zəiflətdiyi və orqanizmin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyi aşkar edilib.Məlumata görə, meyvə aromalı elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər var və bu hüceyrələrdə müdafiə yollarını bloklayır.Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərib.Məlumatda bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanır.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
55
8
missiya.az

10Mənbələr