"Barselona"nın vingeri Rafinya Dias çərşənbə günü baş tutan və kataloniyalıların 5:2 hesablı qələbəsi ilə başa çatan "Srvena Zvezda" ilə Çempionlar Liqası matçında bir qol vurub, iki məhsuldar ötürmə edib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, beləliklə, braziliyalı ardıcıl yeddi matçda unikal göstərici ilə yadda qalıb.
27 yaşlı futbolçu son 7 görüşdə komandasının 14 qolunda birbaşa iştirak edib - 7 qol vurub, 7 dəfə komanda yoldaşlarına assistentlik edib. O, hər oyunda orta hesabla iki performans xalı qazanıb.
Rafinya "Barselona"nın heyətində bu mövsüm 16 matçda çıxaraq 12 qol və 10 məhsuldar ötürmə edib. Onun ötən mövsüm 37 matça çıxaraq 10 qol və 13 asistlə yadda qaldığını nəzərə alsaq, braziliyalı keçənilki performansını qat-qat yaxşılaşdıracağı şübhə doğurmur.
Mirağa