Xalq artisti Niyamməddin Musayev “Elgizlə izlə” verilişində qonaq olub.
OLAY yazır ki, 84 yaşlı sənətkar “TikTok” video platformasının nə olduğunu bilməməsi proqramda müzakirə yaradıb.
“Mənim üçün dəxli yoxdur “TikTok” nədir” - deyə, N. Musayev bildirib.
Proqramın aparıcısı Elgiz Əkbər isə ona sözügedən platformaya girməyi məsləhət görməyib:
“Niyamməddin müəllim siz “TikTok”a girsəniz, xəstələnərsiniz. Amanın günüdür, oraya daxil olmayın”.