Abşeron rayonunda inşası başa çatmayan binada kişi meyiti tapılıb.
News24.az Bakuplus.az–a istinadla bildirir ki, ötən gün 22:00 radələrində Xırdalan şəhərinin ərazisində yerləşən inşası başa çatmamış binada Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Mais Gəray oğlu Məmmədovun meyiti aşkarlanıb.
M.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.