AZ

Nüfuzlu Britaniya universiteti COP29-da iqlim sahəsi üzrə araşdırmalarını təqdim edəcək

Böyük Britaniyanın Redinq Universiteti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim üzrə araşdırmalarını təqdim edəcək.

"İki sahil" ali məktəbə ​​istinadən xəbər verir ki, Redinq Universitetinin nəzdində fəaliyyət göstərən Walker İnstitutunun komandası bu tədbiri “Whiteknights” kampusundan onlayn iştirakçıların qoşulması ilə eyni vaxtda Bakıda təşkil edəcək.

“Qlobal birlik iqlim dəyişikliyinə uyğunlaşmaq və onu təsirlərini azaltmaq üçün təcili tədbirlər görməlidir. Bizim vəzifəmiz bu qərarların etibarlı elmi məlumatlara əsaslanmasını, xüsusilə həssas ölkələrin dəstəklənməsini təmin etməkdir", - institutun direktoru, professor Rozalind Kornfort bildirib.

Walker İnstitutu təxminən on ildir ki, COP-un rəsmi müşahidəçisi akkreditasiyasına malikdir. Bu il institut Bakıda iki rəsmi tədbir təşkil edəcək. Buraya transsərhəd iqlim riskləri, eləcə də iqlim dəyişikliyindən zərər çəkmiş regionlara yardım və bərpa işlərinə yönəlmiş COP28 Bəyannaməsinin həyata keçirilməsi üzrə tədbir daxildir. Tədbirlər noyabrın 14-də saat 18:30-dan 20:00-dək Mavi zonada, noyabrın 16-da saat 13:00-dan 15:00-dək BMT Pavilyonunda keçiriləcək.

Bundan əlavə, Redinq Universitetinin gənc alimləri qlobal iqlim siyasətini məsafədən müzakirə etməyə imkan verən "COPCAS" İqlim Fəaliyyəti Studiyasının işində iştirak edəcəklər.

Seçilən
34
ikisahil.az

1Mənbələr