AZ

“Müəllimlərin maaşından vergi tutulmamalıdır” - Təhsil eksperti

“Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır”.

 

Sfera.az bildirir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

 

Onun sözlərinə görə, bu, təhsilin inkişafı, müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir:

 

“Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı, sosial dəstəklər də verilir. Bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Fikrimcə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar”.

 

Ekspert qeyd etdi ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər:

 

“Onlar müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edər və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar. Müəllimlərin əməkhaqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir”.

 

Günay 
 

Seçilən
43
13
sfera.az

10Mənbələr