İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Beyt Lahia qəsəbəsində silahlı radikalların olması ilə bağlı kəşfiyyat məlumatı aldıqdan sonra əməliyyata başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri regiondakı fəaliyyətlərin bir hissəsi olaraq, Fələstinlilərin təhlükəsizliyi üçün mütəşəkkil marşrutlar vasitəsilə münaqişə zonalarından təhlükəsiz təxliyəsini asanlaşdırır", - ordunun mətbuat xidməti bildirib.
Bundan əlavə, qoşunlar Beyt Lahianın cənubunda yerləşən Cəbəliyə ətrafında əməliyyatlarını davam etdirir və “son sutka ərzində təxminən 50 terrorçunu məhv ediblər”.
Mətbuat xidməti İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsində çoxlu sayda silahlı radikalı zərərsizləşdirdiyini və Qəzzanın mərkəzində "məqsədli reydlər keçirərək silah tapdığını" bildirib.