AZ

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya”

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı olub. COP29-a dəstək olmaq üçün reallaşan sərgi sənətin və təbiətin harmoniyasını, müasir instalyasiyanın imkanlarını bir araya gətirib.

Mərasimdə çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğulayıb ki, Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi çox zəngindir: “Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulub. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edib”. Qoruq rəsmisi qeyd edib ki, burada yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunub... Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Saltanat Abdukerimova kimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsilə bu nadir sənətin müxtəlif yönlərini kəşf edə bilərlər”.

XQ

Seçilən
26
10
xalqqazeti.az

10Mənbələr