AZ

İnsan orqan transplantasiyasının hüquqi cəhətdən tənzimlənməsinin əhəmiyyəti nədən ibarətdir?

Bakı. Trend:

Transplantasiyanın necə həssas mövzu olması, tənzimlənmədiyitəqdirdə hansı fəsadlara yol aça biləcəyi heç kəsə sirr deyil.Hüquqi cəhətdən düzgün tənzimlənməyən və ya qanunlara düzgün riayətedilməyən ölkələrdə orqanların “qara bazarı” formalaşır.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqamHacıyev açıqlayıb.

Onun sözlərinə görə, yalnız bu yolla münasibətlərin tərəfləriolan donor və resipiyentin hüquqları qorunur, kimlərin donor və yaresipiyent ola biləcəyi, hansı müəssisələrdə bunun həyata keçiriləbiləcəyi, bu sahədə nəzarəti həyata keçirən qurumların fəaliyyəti,hansı məsuliyyət tədbirlərinin müəyyən edildiyi məlum olur:

“Hüquqi tənzimləmənin mövcud olmadığı şəraitdə istənilən sahədəyaranan ictimai münasibətlərdə, eləcə də müvafiq sahədə xaoslar vəözbaşınalıqlar baş verər. Şəxslər hüquq normalarının boşluğundanistifadə edərək öz iradələrini asanlıqla həyata keçirər və bu zamanonlar heç nəyə görə məsuliyyət daşımaz”.

İ.Hacıyev sonda qeyd edib ki, insan sağlamlığı və həyatı üçüntransplantasiya nə qədər vacibdirsə, dövlətimizin və xalqımızınfiravan yaşaması üçün transplantasiyanın hüquqi cəhətdəntənzimlənməsi və düzgün həyata keçirilməsi o qədər vacibdir.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr