AZ

ONLAR KORRUPSİYA İLƏ MÜBARİZƏNİ BELƏ GÖRÜRLƏR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi.

Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova və Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova  çıxışlarında korrupsiya haqqında məlumat verdilər. Onlar rüşvətalma və rüşvətvermənin cinayət hesab olunduğunu vurğuladılar. Qeyd etdilər ki, korrupsiya ilə dünyanın hər yerində üzləşmək olur. Daha sonra BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalandığı vurğulandı. Bu sənədi imzalayan dövlətlər rüşvəti, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar.

Hüquqşünas Taleh Rəhimov çıxışında bildirdi ki, korrupsiyaya qarşı mübarizədə bütün cəmiyyət iştirak etməlidir. O, passiv və aktiv rüşvətalma haqqında məlumat verdi və bildirdi ki, korrupsiyaya qarşı mübarizədə təkcə hüquqi spektrdan yanşamlı deyilik. Effektli nəticə əldə etmək üçün hər kəs bununla mübarizə aparmalıdır.

Yazıçısı Gülzar İbrahimova və şair Qadir Hüseynov korrupsiya və ona qarşı mübarizə yolları haqqında öz fikirlərini bölüşdülər. Tədbir mövzu ilə əlaqədar diskussiya ilə davam etdirildi. Tədbirdə korrupsiya və ona qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarxa aşağıdakı linkə keçid alaraq tanış olmaq olar:

https://www.youtube.com/watch?v=N20-e-NFLE0

Y.Məmmədli

Seçilən
11
tezadlar.az

1Mənbələr