AZ

Gözəllik standartlarına görə çirkin sayılan HOLLİVUD ULDUZLARI (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bəzi kino ulduzları var ki, şöhrətin zirvəsinə yüksələrkən daha gözəl görünən həmkarlarına nisbətən xeyli çətin anlar yaşayıblar. Amma sübut edə bildilər ki, aktrisa olmaq üçün gözəl sifət ən vacib amil deyil.

Hafta.az olaraq bu cür ulduzlardan bəziləri haqqında söhbət açırıq:

Meril Strip

Hazırda kino ulduzlarından biri kimi ad qazanan Meril Stripin filmoqrafiyasına məşhur filmlərdəki onlarla rol daxildir. Bundan əlavə, o, üç dəfə “Oskar” mükafatı laureatıdır və bu mükafata iyirmi dəfədən çox namizəd göstərilib ki, bu da dünya rekordudur.

Amma aktyorluq karyerasının əvvəlində onu istedadsız və eybəcər adlandırırdılar. Karyerasının ilk günlərində Meril Strip “Kinq Konq” filminin kastinqinə gəlsə də, ona yoxlanış belə verilməyib və prodüser onu “burnu əyri” kimi təhqir edib. Aktrisa buna layiqli cavab verib: “Sizi incitmişəmsə, üzr istəyirəm, amma mən olduğum kimiyəm”.

Evə qayıtdıqdan sonra bütün gecəni ağlayıb. Sakitləşəndən sonra özünə söz verib ki, ömrünün sonuna kimi xarici görünüşünü başqasının zövqünə uyğunlaşdırmayacaq.

Sarah Cessika Parker

Onun görünüşü həqiqətən unikaldır: uzunsov sifət, uzun burun, kiçik gözlər, iri dişlər və böyük alt çənəsi var. Ancaq cazibə və istedad çoxdur. Onun məşhur teleserialdakı obrazı ilə bir neçə nəsil tamaşaçının sevimli aktyoruna çevrilməsi təəccüblü deyil. Bu məşhur rolu ilə o, gözəl olmasa da, üslubun və incəliyin təcəssümü ola biləcəyini açıq şəkildə sübut edib.

Tilda Svinton

Aktrisa özünəməxsus görünüşünə diqqət yetirərək onu unikal brendə çevirib, çünki məhz bu xüsusiyyət ona ən maraqlı və qeyri-adi rolları almağa imkan verir. O, böyük istedadına görə istənilən obraza asanlıqla uyğunlaşa bilir, istər "Narniya salnamələri"ndəki Ağ Cadugər, istər "Doktor Strenj"dəki qoca qadın, istərsə də "Yalnız sevgililər sağ qalır" filmindəki müasir vampir.

Vupi Qoldberq

Hələ gəncliyində onu gözəl adlandırmaq olmazdı - Qoldberqin nə yanaqları, nə gözəl burnu, nə də ideal siması var idi. Onun qaşları belə yoxdur: deyirlər ki, onları təsadüfən qırxıb, amma böyüyən tüklər onun üçün narahatlıq yaradanda onları tamamilə qırxmaq qərarına gəlib.

Amma aktrisanın 150-dən çox rolu var, dünya şöhrəti qazanıb və milyonlarla pərəstişkarı var. Qaşının olmaması ona eyni vaxtda dörd ən nüfuzlu Amerika kino mükafatını almağa mane olmadı: "Emmi", "Oskar", "Qremmi" və "Toni".

Barbra Streysand

Hətta öz anası balaca Barbranı "qorxulu" hesab edirdi və məktəbdə həmyaşıdları çox uzun burnu və kiçik, dərin gözlərinə görə daim ona sataşırdılar. Ancaq bu, gələcək aktrisanı ruhdan salmadı - əksinə, klassik gözəlliyi darıxdırıcı hesab etdi. Şirin üzlü qızlar çoxdur və Barbra hamı kimi olmaq istəmirdi. Məhz bu ideya ona təkcə aktyorluq sahəsində deyil, həm də müğənni, bəstəkar və rejissor kimi dünya şöhrəti qazanmağa kömək etdi.

Seçilən
13
hafta.az

1Mənbələr