AZ

Köçəryan yenidən aktivləşir 

Dünən Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz komandasını, xüsusən də “Hayastan” blokunun parlament fraksiyasını bir araya toplayıb.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Bəli, təsdiq edirəm ki, blokun lideri, ikinci prezident Robert Köçəryanın sədrliyi ilə fraksiya iclası keçirilib, orada həm daxili siyasi məsələlər, həm də mümkün geosiyasi proseslər, onların regiona və Ermənistana təsiri müzakirə olunub. Sabiq prezidentin iştirakı ilə belə fraksiya görüşləri vaxtaşırı olur”, - deputat Aqnessa Hamoyan bildirib.

Seçilən
10
modern.az

1Mənbələr