YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
aia.az xəbər verir ki, 06 noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 48 saylı ərazi partiya təşkilatında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri Vəfa İsmayılova iştirakçıları salamlayaraq, hər kəsi ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. V. İsmayılova tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edib.
44 saylı ərazi partiya təşkilatının sədri Zəravənd Quliyev, 48 saylı ərazi partiya təşkilatının sədr müavini Fəridə Məmmədova və Laçın rayon 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagird Tunay Quluzadə qeyd ediblər ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfəri ilə haqlı qürur hissi keçirir. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər.
Sonra Laçın rayon 1 nömrəli tam orta məktəbin şagirdləri 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.