Bakı. Trend:
Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb.
Trend-inməlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasındaSpiker Sahibə Qafarova deyib.
"Sabah xalqımız Zəfər Gününü qeyd edəcək. 4 il əvvəl Prezident,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızişğaldan azad olunub. 44 gün ərzində Qarabağ torpağında yüksəldilənbayrağımızla Azərbaycanın hüquqları bərpa edilib", - deyə obildirib.
O bildirib ki, ərazi bütövlüyümüzün təmin olunması ilə ÜmumilliLider Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib.
“Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb.2023-cü ildə keçirilən bir günlük anti-terror əməliyyatı da hərbtariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycanınsuverenliyi bütün torpaqlarımızda bərpa edilib. Bu əməliyyat ŞanlıZəfərimizin məntiqi davamı kimi qeyd edilib.
Azərbaycan xalqı və onun gələcək nəsilləri bu şanlı qələbə ilədaim fəxr edəcək. Hazırda bölgədə davamlı sül və sabitlik naminəAzərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanladanışıqlar davam etdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurdabərpa-quruculuq işləri ən yüksək səviyyədə aparılır”, - deyəS.Qafarova bildirib.