AZ

Parlamentin sədri: "Bu gün Qarabağda bərpa işləri yüksək səviyyədə aparılır"

“Sabah xalqımız Zəfər Gününü qeyd edəcək. 4 il əvvəl Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. 44 gün ərzində Qarabağ torpağında yüksəldilən bayrağımızla Azərbaycan hüquqları bərpa edilib”. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

O Bildirib ki, ərazi bütövlüyümüzün təmin olunması ilə Ümumilli lider Heydər Əliyevin arzusu gerçəkləşib və Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb. 

“2023-cü ildə keçirilən bir günlük anti-terror əməliyyatı da hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycanın suverenliyi bütün torpaqlarımızda bərpa edilib. Bu əməliyyat Şanlı Zəfərimizin məntiqi davamı kimi qeyd edilib”. 

S.Qafarova qeyd edib ki, hazırda bölgədə bütün maneələrə baxmayaraq davamlı sülh və sabitlik naminə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. 

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ən yüksək səviyyədə aparılır. Prezident və xanımı davamlı ora gedib quruculuq işləri ilə tanış olur”, - deyə S.Qafarova bildirib.

Seçilən
8
3
sabahinfo.az

10Mənbələr