Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ Müharibəsində tarixi qələbə qazanmaqla bir neçə gerçək reallığı ortaya qoymuş oldu.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Əhmədov deyib. O qeyd edib ki, Azərbaycan tarixi zəfəri ilə dünyaya bir neçə mühüm məqamı, yolu göstərdi:
"İlk növbədə Azərbaycan haqsızlıq və ədalətsizliyə qarşı mübarizə aparmağın yolunu göstərdi. Sübut etdi ki, haqsızlıq və ədalətsizliyə qarşı mübarizə aparmağın yolu var".
Əli Əhmədov deyib ki, Azərbaycan tarixi zəfəri ilə həm də dünyaya sülh imkanlaarın təqdim etdi.
Süleyman