AZ

Ukrayna aviasiyasının Rusiyanın Xəzər donanmasına hücumunun nəticələri bəlli olub

Noyabrın 6-da Ukrayna kəşfiyyatının nəzarətində olan Ukraynanın “Aeroprakt A-22” təyyarəsi cəbhə xəttindən 700 mil məsafədə Rusiyanın Xəzər donanmasına hücum edib.

“Forbes”in analitiki Devid Aksın sözlərinə görə, Ukrayna rəsmilərinin açıqlamalarına əsasən, partlayış nəticəsində iki “Gepard” sinifli freqat, donanmanın ən böyük gəmiləri, eləcə də daha kiçik korvet “Buyan” da daxil olmaqla üç gəmi zədələnib.

O qeyd edib ki, zədələnmiş gəmilər Xəzər flotiliyasının qüvvələrinin demək olar ki, üçdə birini təşkil edə bilər. Bu, Ukraynanın “A-22” pilotsuz təyyarələrinin ən uzun zərbələrindən biridir, analitik vurğulayıb. May ayında pilotsuz təyyarələrdən biri Rusiyanın Salavat şəhərində, cəbhə xəttindən 800 mil məsafədə yerləşən neft emalı zavodunu vurmuşdu.
Xatırladaq ki, Ukrayna öz uzaqmənzilli silahlarının istehsalını tez bir zamanda qura bilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayanda ukraynalıların tək bir növü yox idi, lakin indi onların bir neçə növü var. O cümlədən, 400 mil məsafəyə çatan, kütləvi xarakter daşıya bilən “Palyanytsa” hibrid qanadlı raketi sıfırdan Ukraynada istehsal olunur, – Aks qeyd edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr