AZ

“O cəsarəti özümdə tapdım və etdim!”

İnfluenser Həmidə Səlimova (Hemistyle) qaşlarını sarıya boyaması barədə danışıb.

OLAY yazır ki, ona yazılan şərhlərdən söz açan Hemi fiziki dəyişikliklə yanaşı, ruhani başqalaşma yaşadığını da bildirib:

“Dünəndən fikirlərinizi oxuyuram. 20% əla, 30% dəyişik, 50% bərbad rəyləri gördüm. Bir az kobud səslənsə də, bu yaşıma qədər heç vaxt insanların düşüncələrinə görə istəklərimi təxirə salmamışam. Bunun düz olub-olmaması məsələsi deyil... O cəsarəti özümüdə tapdım və etdim. Həmişə belə qalacaq və ya sabah qırmızı olacaq, buna yenə öz hisslərim qərar verəcək.

Həyata sıfırdan başlamaq, hər çətin situasiyada gələn sinir krizislərində uşaq kimi ağlamaq incidirmi? Bəli incidir! Asan görünsə də, bu sancılı yolun yalnız pozitiv enerjisini sizə ötürməyə çalışıram. Tamamlanmış hiss etmirəm, çünki hələ də sağalmamış tərəflərim var... Amma bu savaşdan belə qürur duyuram.

Əsas odur ki, mən həmişə içində olduğum duyğuların fərqindəyəm və sadəcə çıxış yolu axtarıram. Mən özümlə həmişəkindən daha çox fəxr edirəm, bilirsiniz niyə? Son 9 aydır ki, yeni bir mən inşa edirəm. Özünü hər zaman ikinci plana atan Həmidənin təxirə saldığı hər şeyi edirəm!”.

Seçilən
10
olay.az

1Mənbələr