“İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Missiya.Az “Sputnik-Armeni”ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Onun sözlərinə görə, İranın qondarma Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:
“İran istənilən geosiyasi dəyişikliklərin və dəhliz konsepsiyasının qəti əleyhinədir”, - deyə diplomat vurğulayıb.
Sübhani qeyd edib ki, Ermənistanla münasibətlərimizin möhkəm təməli var. Biz əsrlər boyu yan-yana yaşayan, mehriban qonşuluq münasibətlətini qoruyan ölkələrik.
O, bildirib ki, İran və Ermənistan arasında ikitərəfli münasibətlər həmişə xarici amillərin təsiri olmadan inkişaf edib.
Daşqın HəsənovMissiya.Az