UEFA Çempionlar Liqasının 4-cü turunda keçirilən PSJ (Fransa) - "Atletiko" (İspaniya) matçında (1:2) yerli azarkeşlər Fələstinə dəstək nümayiş etdirib.
QOL.az xəbər verir ki, PSJ fanatları nəhəng "Fələstinə azadlıq" pankartı açıblar. Pankartın üzərində Fələstin bayrağı, Əl-Əqda məscidi və İsrailin Qəzza ilə yanaşı yeni bir cəbhə açdığı Livanın bayrağına bürünmüş uşaq şəkli əks olunub.
Qeyd edək ki, 2023-cü ilik oktyabrından İsrailin Qəzzada apardığı hərbi əməlyyatlar zamanı 43 mindən çox insan həlak olub, 100 mindən çoxu isə yaralanıb.