AZ

“Azərbaycanın külək və günəş enerjisi potensialı dünya tərəfindən izlənilir“ - ŞƏRH EDİLDİ

“Artıq dünyada ənənəvi enerji məhsullarına maraq əvvəlki səviyyədə deyil. Eyni zamanda gələcəyin dünyası birbaşa olaraq alternativ enerji mənbələrindən asılı vəziyyətdədir. Bu baxımdan Azərbaycanın külək və günəş enerjisində olan potensialı bütün dünya tərəfindən xüsusi diqqətlə izlənilir, öyrənilir. Ölkəmizin bu sahədə potensialı, inkişaf meyarları dünyanın fərqli coğrafiyalarında maraqla qarşılanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, bu gün Avropa İttifaqının daxilində Azərbaycanın alternativ və bərbaolunan enerji məhsullarına çox böyük maraq var: “Eyni zamanda ərəb coğrafiyasının böyük ölkələri və iri səhmli kapitalları olan şirkətləri Azərbaycanın alternativ enerji məsullarına böyük maraq göstərir. Təbii ki, yaşıl enerji sahəsində Azərbaycanın uğurları ölkə iqtisadiyyatının şaxələndirilməsinə və dövlət büdcəsinə yeni daxilolmalara səbəb olur.

Eyni zamanda cənab Prezident tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu çərçivədə də Azərbaycanda bir sıra vacib dinləmələr, toplantı və dəyirmi masalar keçirilir. Bu qəbildən olan tədbirlərin ən pik nöqtəsi də COP29-dur. Belə ki, COP29 konfransı Azərbaycanın qlobal dünya sisteminə qazandırdığı böyük töhfələrin yenidən izah edilməsi üçün önəmli platformadır. Azərbaycan COP29-a ev sahibliyi etməklə ətraf mühit təhlükəsizliyi, iqlim məsələləri, eyni zamanda yaşıl enerjinin təşkili prosesinin avanqardı halına gəldiyini növbəti dəfə nümayiş etdirəcək. Bu baxımdan da ölkəmizin həm COP29-a, həm də COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə çox böyük dividentləri olacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
33
1
sia.az

2Mənbələr